11 iyun 2015 18:15
Xəzər Lənkəranda daha dörd imza
"Xəzər Lənkəran" bir sıra futbolçu ilə müqavilələrin müddətini uzatmağa qərar verib. Azerisport.az xəbər verir ki, klubun yetirmələri Kazım Kazımlı, Tərlan Qasımzadə, Elvin Mirzəyev və Elşən Rzazadə növbəti 3 il müddətinə yeni sözləşmələrə imza atıblar.
