11 iyun 2015 17:00
Stankoviç İnteri tərk etmək istəyir
"İnter"in serbiyalı müdafiəçisi Voyislav Stankoviç paytaxt klubu tərk etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, o, "Partizan"a qayıtmağa çalışır.
Bu barədə futbolçunun özü serbiyalı həmkarlarımıza açıqlamasında məlumat verib: "İnter"də gözlənilmədən maliyyə problemi yarandı. Onlar mənə 3-4 ayın pulunu verməlidirlər. Artıq birtərəfli qaydada müqaviləyə xitam vermək hüququm var. Azərbaycanda hazırda maliyyə baxımından iki güclü klub var - "Qarabağ" və "Qəbələ".
