11 iyun 2015 15:00
Məhəmməd Qurbanov: Millinin Norveçdən xalla dönəcəyinə ümidliyik
Azərbaycan yığmasının hücumçusu Məhəmməd Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi güclü rəqiblə heç də asan olmayan oyun gözləyir. Azərbaycan yığmasında yaxşı əhval-ruhiyyə var. Norveçdən xalla dönəcəyimizə ümid edirik".
