11 iyun 2015 14:40
Əfran İsmayılov: Milli Oslodan ən azı 1 xalla qayıdacaq gücdədir
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Bu rəqiblə cari seçmə mərhələdə artıq qarşılaşmışıq və onların necə güclü komanda olduğunu bilirik. Amma biz də əla hazırlıq prosesi keçirmişik. Komanda bu çətin görüşə hazırdır. Fikrimcə, biz Oslodan ən azı 1 xalla qayıdacaq gücdəyik".
