11 iyun 2015 14:20
Aqil Məmmədov: Bu seçmə mərhələdə 3 xaldan daha artığını toplaya bilərik
Azərbaycan yığmasının qapıçısı Aqil Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əminəm ki, sabah bizə heç də asan olmayacaq. Çünki rəqib çox güclüdür. Amma biz də zəif komanda deyilik. Gücümüzü Osloda göstərmək istəyirik. Malta üzərindəki qələbədən sonra daha bir uğurlu nəticə həm xal ehtiyatımızı yaxşılaşdıra bilər, həm də komandadakı atmosferi. Bu seçmə mərhələdə 3 xaldan daha artığını toplaya bilərik".
