11 iyun 2015 13:40
Neftçaladan iki transfer
Birinci divizonun qalibi "Neftçala" heyətinə iki yeni oyunçu qatıb. Azerisport.az xəbər verir ki, Kamal Quliyev iki oyunçunu bəyənib və onları komandaya dəvət edib.
Onlardan biri "Ağsu"nun qapıçısı Əli Həsənlidir. 1996-cı il təvəllüdlü qolkiper qarşıdakı mövsümdən "Neftçala" forması geyinəcək.
İkinci transfer isə "Rəvan"dandır. "Sığortaçılar"ın heyətində baxımlı oyunu ilə diqqətləri üzərinə çəkən Elgün Abbasov "Neftçala"nın heyətinə qoşulub.
