11 iyun 2015 13:20
"Azərbaycan çox təhlükəli olsa da, qalib gələ bilərik"
Norveç yığmasının müdafiəçisi Veqard Forren AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz bu oyunda 3 xal qazanmağı düşünürük. Qələbə qazanıb, Avropa çempionatına vəsiqə şansımızı saxlamaq istəyirik. Rəqibimiz çox təhlükəlidir. Amma düşünürəm ki, bu komanda ilə oyunda qalib gələ bilərik".
