11 iyun 2015 13:00
Azərbaycanın rəqibləri iyulun 2-də bilinəcək
İyulun 2-də Nyon şəhərində futzal üzrə DÇ-2016-nın seçmə mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, Kolumbiyada keçiriləcək mundialın Avropa ölkələri üzrə seçimləri üç mərhələdən ibarət olacq.
Azərbaycan dünya reytinqində 11-ci olduğuna görə, əsas seçmə mərhələdən mübarizəyə başlayacaq. Avropadan bu mundiala cəmi 7 ölkə vəsiqə qazanmaq şansına malikdir.
Əsas seçmə mərhələnin oyunları bu ilin 10-13 dekabrın keçiriləcək. Pley-off mərhələsinin oyunları isə 2016-cı ilin 22 mart və 12 aprelinə təsadüf edəcək.
