11 iyun 2015 00:25
Norveçin Azərbaycanla oyun üçün start heyəti məlumdur
Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları oyun üçün heyəti demək olar ki, müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Norveç mətbuatı sözügedən mütəxəssisin millimizlə Oslodakı görüşdə bu futbolçulara güvənəcəyini yazır:
Oryan Niland, Omar Elabdullayi, Even Hovland, Veqard Forren, Tom Heqli, Martin Edeqor, Stefan Yohansen, Hovard Nordtveyt, Per-Silian Skelbred, Aleksandr Soderlund, Coşua Kinq.
