11 iyun 2015 00:05
Norveç - Azərbaycan matçında anşlaq gözlənilir
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Norveç - Azərbaycan matçında anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, iyunun 12-də keçiriləcək bu qarşılaşma Oslodakı "Ulleval" stadionunda baş tutacaq.
Sözügedən arena 28 000 azarkeş tutumuna malikdir. Artıq satışa çıxarılan biletlər demək olar ki, tam satılıb.
Qeyd edək ki, Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
