10 iyun 2015 18:45
Zaur Axundov: Slovakiya ilə şanslarımız bərabərdir
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AÇ-2016-nın Slovakiya ilə pley-off matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Slovakiya zəif komanda deyil. Şansların əllinin əlliyə olduğunu düşünürəm. Bu matçlara ciddi hazırlaşmaq lazımdır. Ona görə də iyunun 20-də Bakıda toplanışımız olacaq. Rusiya, Belarus və ya Ukraynaya qarşı iki yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk matçı evdə keçirməyimiz heç nədən xəbər vermir. Hər iki matça hazırlaşmaq lazımdır ki, AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanaq".
