10 iyun 2015 18:15
Bakı Yunayted 3-cü dəfə İngiltərə çempionu oldu
Böyük Britaniyada fəaliyyət göstərən "Baku United" klubu ardıcıl üçüncü dəfə futzal üzrə İngiltərə çempionatının qalibi olub. Azerisport.az xəbər verir ki, bu mövsüm də İngiltərəni UEFA kubokunda yenə Bakının adını daşıyan komanda təmsil edəcək.
"Odlar Yurdu" təşkilatının təsisçisi olduğu "Baku United" artıq üç mövsümdür İngiltərə çempionatının qalibi olur. Çempionatın ilkin və pley-off mərhələlərində "bakılılar" bütün oyunlarda qalib gəlib, rəqib qapılarına 241 qol vurub, öz qapısında mövsüm ərzində cəmi 19 qol görüb.
