10 iyun 2015 18:00
Ansi Aqolli: Qarabağla yeni müqavilə bağladığıma görə şadam
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Ağdam klubu ilə yeni müqavilə imzalayıb. Azerisport.az saytına bunu futbolçunun özü bildirib:
"Klubumla daha bir illik müqavilə bağladım. Buna görə çox şadam. İnanıram ki, yeni mövsümdə də komandama yeni titullar qazanmağa kömək edə biləcəyəm".
