Kerem Benke: Mənim üçün Azərbaycan və Türkiyə yığmaları arasında fərq yoxdur
Azərbaycanın gənclərdən ibarət Azərbaycan yığmasının və Almaniyanın "Noysterlits" klubunun hücumçusu Kerem Benkenin azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasına gəlişiniz necə baş tutdu?
- Komandanıza hücumçu lazım idi, ona görə məni çağırdılar (gülür). Amma əslində məni hələ ötən il də çağırmışdılar.
- Ötən dəfə niyə alınmadı ki?
- Sadəcə, Almaniyada zədələndim. Bu dəfə isə Azərbaycan yığmasına gələ bildim və özümə güvənirəm.
- Ailəniz seçiminizi necə qarşıladı?
- Ailəmdə seçimimi dəstəklədilər.
- Klubunuzda nə dedilər?
- Hər bir klub futbolçusunun yığmaya çağırılmasına sevinir. Mənim də komanda yoldaşlarım Bakı səfəri öncəsi uğurlar arzuladılar.
- Türkiyə yığmasına dəvət almamısınız?
- Xeyr. Amma inanın ki, bu, məni qətiyyən narahat etmir. Bilirsiniz, niyə? Çünki Azərbaycandan aldığım dəvət elə Türkiyədən dəvət almağa bərabərdir. Mənim üçün bu iki ölkə arasında fərq yoxdur. Əbəs yerə deməyiblər ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir.
- Yığmamızdakı atmosfer xoşunuza gəldi?
- Hər şey yaxşıdır. Yeni ehyətimiz var, potensial böyükdür. İndi toplanışdayıq. Bu müddət ərzində kollektiv olaraq formalaşmalı və Farer adaları ilə oyunda uğur qazanmalıyıq. Məşqçilər və futbolçular da sağ olsunlar, mənə qardaşları kimi münasibət göstərirlər.
- Klubunuzdakı işləriniz necə gedir?
- Pis deyil. Yaxşı komandamız var. Çox ümid edirəm ki, qarşıdakı mövsümdə daha yüksək yerlər uğrunda oynayacağıq.
- Azərbaycan çempionatına keçmək istəmirsiniz?
- Almaniya klubu ilə daha iki illik müqaviləm var. Hələ ki, yığmaya dəvət olunuram. Başqa planlarım yoxdur.
- Əsas yığmaya dəvət almaq şanslarınızı necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, burada özümü yaxşı göstərə bilsəm, əsas milliyə də yüksələ bilərəm. Allah eləsin ki, elə də olsun.
- Zəiflərdən hesab olunan Azərbaycan yığmasında oynamaq sizə çətin olmayacaq?
- Bizim güclü komandamız var.
