10 iyun 2015 16:15
Fizuli Cavadov: Boluspor Vaqifə olan borcunu hələ ödəməyib
Vaqif Cavadovun meneceri olan atası Fizuli Cavadov oğlunun "Xəzər Lənkəran"a keçməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İyunun 15-də Türkiyəyə "Boluspor"la danışıqlara gedəcəyik. Klub hələ Vaqifə olan borcunu ödəməyib. "Xəzər Lənkəran" onunla doğrudan da maraqlnır. Amma hələ rəsmi müqavilə imzalamamışıq. Ailəmizin bir üzvünün səhhətində problem var. Ona görə də Vaqif karyerasını Azərbaycanda davam etdirmək istəyir".
