10 iyun 2015 16:00
XL Cavadovu, eləcə də Simurq və Qarabağın oyunçularını alır
"Xəzər Lənkəran" yaxın günlərdə dörd yeni futbolçu ilə müqavilə imzalaya bilər. Azerisport.az xəbər verir ki, cənub klubu Türkiyənin "Boluspor" klubunun sabiq hücumçusu Vaqif Cavadovu heyətinə qatmağa yaxındır.
Ondan əlavə "Simurq"dan ayrılmış Draqan Çeranla Rəşad Eyyubov da karyerasını cənub təmsilçisində davam etdirə bilər. "Qarabağ"la yollarını ayıran İlqar Qurbanov da böyük ehtimalla məhz "Xəzər Lənkəran"a keçəcək.
