10 iyun 2015 14:00
Bədavi Hüseynov: Kim deyib ki, Trabzonspor məni istəyir?
Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Türkiyənin "Trabzonspor" klubunun onunla maraqlandığı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Özüm də bilmirəm ki, bu cür xəbərləri haradan çıxarırlar. Kim deyib ki, "Trabzonspor" məni istəyir? Bu barədə heç nə bilmirəm. Düzünü deyim ki, bu xəbər mənim özüm üçün də gözlənilməz oldu. Ona görə də nəsə deməyim düzgün olmazdı".
