10 iyun 2015 13:45
Böyükağa Hacıyev: Neftçi səhv qərar qəbul etdi
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Samir Əliyevin paytaxt klubuna təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Samiri bu təyinatı münasibəti ilə təbrik edirəm. O, ölkənin ən yaxşı futbolçularından biri olub, indi isə məşqçi kimi çalışır. Amma ona çox çətin olacaq. "Neftçi"yə avrokuboklarda rəhbərlik etmək çox çətindir. Özü də komanda bundan sonra daha çox yerlilərə üstünlük verəcək, legioner futbolçuların əksəri göndəriləcək. Eşitdiyimə görə, əcnəbi futbolçuların əksəriyyəti ilə müqavilələrə xitam verilib. Bunun Samirin, ya rəhbərliyin qərarı olduğunu dəqiq bilmirəm. Amma bu qərarlarının səhv olduğunu düşünürəm. Bəs bu komanda kiminlə oynayacaq?"
