10 iyun 2015 13:30
Adama Diomande: Azərbaycanla oyunda fərqlənmək istəyirəm
Norveç yığmasının hücumçusu Adama Diomande AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İsveçlə matçda mən onamadım. Amma Azərbaycanla oyunda meydana çıxmaq və fərqlənmək istəyirəm. Əlbəttə, mənə belə bir imkan yaradılsa. Bircə şeyi bilirəm ki, yığmanın heyətində də uğurlu olmaq üçün mənə sadəcə, "Stabek"in heyətində etdiyimi təkrarlamaq lazımdır".
