10 iyun 2015 13:15
Zaryanın futbolçusu Premyer Liqamızda oynaya bilər
Ukraynanın "Zarya" klubunun müdafiəçisi Vitali Vernidub karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla bir neçə klubumuzun maraqlandığı iddia olunur.
Ukrayna mətbuatının yazdığına görə, Azərbaycan klubları ilə yanaşı, Qazaxıstan təmsilçilərindən də onun xidmətində maraqlı olanlar var.
Qeyd edək ki, Vernidub Ukrayna yığmasında Litva ilə yoxlama matçında debüt edib.
