10 iyun 2015 13:00
Azərbaycan yığması bu gün AÇ-dəki rəqibini tanıyacaq
Bu gün Nyonda çimərlik futbolu üzrə AÇ-2016-nın seçmə mərhələsinin pley-off oyunlarının püşkü atılacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da rəqibini tanıyacaq.
Millimiz Qazaxıstan, Belarus, Bosniya və Herseqovina, Çex Respublikası, Macarıstan, Rumıniya və Slovakiyadan birinə rəqib ola bilər.
Qeyd edək ki, pley-off oyunları 15-22 sentyabrda keçiriləcək. AÇ-nin final mərhələsinin oyunları gələn ilin fevral ayının 2-13-də baş tutacaq.
