10 iyun 2015 12:15
XL Rasim Ramaldanovla müqavilənin müddətini artırdı
Müdafiəçi Rasim Ramaldanov "Xəzər Lənkəran" Futbol Klubu ilə yeni müqaviləyə imza atıb. Azerisport.az klub saytına istinadla xəbər verir ki, yeni müqavilənin müddəti 2 ildir.
Qeyd edək ki, 2013-cü ilin yayında komandanın sıralarına qoşulan Rasim bu günə qədər "Xəzər Lənkəran" formasında 54 oyunda meydana çıxıb və 2 qol vurub.
