10 iyun 2015 11:30
Ukrayna yığması İnterin futbolçularını məyus etdi
Gürcüstan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə təmsilçisi Ukrayna ilə qarşılaşıb.
Matç gürcülərin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Son mövsümü Bakı "İnter"ində keçirmiş Aleksandr Amisulaşvili start heyətdə çıxdığı bu oyunda sonadək mübarizə aparıb. Laşa Salukvadze fasilədən sonra meydana çıxıb. Baçana Sxadadze isə ilk 45 dəqiqədə oynayıb.
