9 iyun 2015 17:45

Səməd Qurbanov: Neftçi tənqidlərə hazırdır, əsas odur ki, sonra nəticə olsun

"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi

- Komandanı Samir Əliyevə tapşırmağınıza nə səbəb oldu?
- O, perspektivli məşqçidir. Öz kadrlarımıza özlərini göstərmələri üçün şans vermək lazımdır. Amma etiraf edirəm ki, Əliyevin bu posta gətirilməsi müvəqqəti təyinatdır. Biz onun fəaliyyəti dövründə yeni baş məşqçi axtarışımızı davam etdiririk.

- Bəs Əliyevin rəhbərliyi altında komanda parlaq oyun sərgiləsə, yaxşı nəticələr qazansa, necə olacaq?
- Hələ onun kifayət qədər təcrübəsi yoxdur. Amma hər şey yaxşı getsə, niyə də onu postunda saxlamayaq? Samir gəncdir və hər şey özündən asılıdır. Lakin biz hazırda ona sadəcə, müvəqqəti əvəzləyici kimi baxırıq.

- "Neftçi"nin Valeri Qazzayev və Yuri Syominlə maraqlandığı bildirilirdi...
- Biz bu adlarla maraqlanmamışıq.

- Komandanı artıq beş legioner tərk edib. Yenə gedənlərin olacağı istisna deyil. Avropa Liqasına bir aydan da az vaxt qalıb. Bu, Samir Əliyevə problem yaratmayacaq?
- Bu yöndə işlərimiz tam sürətlə davam edir. Yeni legionerlər dəvət edəcəyik. Amma onların sayı əvvəlki kimi çox olmayacaq. Bundan sonra yalnız güclü legionerlərə üstünlük verəcəyik.

- Əsasən, yerli futbolçulara üstünlük veriləcək?
- Bəli, biz əsasən gənclərə üstünlük verəcəyik. Bu, Müşahidə Şurasının qərarıdır. Ola bilər ki, buna görə qarşıdakı bir-iki mövsümdə nəticələrimiz ürəkaçan olmasın. Əminəm ki, azarkeşlərimiz də bizi başa düşəcəklər. Biz güclü kollektiv yaratmaq istəyirik.

- Tənqidlərə hazırsınız?
- Biz ona hazırıq. Əsas odur ki, sonra nəticə olsun. Yerli futbolçulara da inanmaq lazımdır. Biz adicə "Qarabağ"la final oyununda toparlanmağı bacarmayan legionerləri də gördük.

- Elvin Yunuszadə komandada qalacaq?
- Biz bu məsələyə hələ baxmamışıq. Yəqin ki, yaxın günlərdə onun da taleyinə aydınlıq gələcək.

- Samir Əliyevin qarşısına hansı hədəf qoyulub?
- Konkret hədəf qoyulmayıb. Şübhəsiz ki, indiki çətin vəziyyəti nəzərə almaq lazımdır. Əlbəttə, başlanğıc üçün bir mərhələ keçmək tapşırığı olacaq. Ondan sonra isə iştah artacaq və komanda davamını gətirməyə çalışacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.