9 iyun 2015 17:00
Kerem Benke: Millinizə hücumçu lazım idi, məni ona görə dəvət etdilər
Almaniyanın "Noysterlits" klubunun forvardı Kerem Benke Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandanıza hücumçu lazım idi, ona görə məni çağırdılar (gülür). Ümumiyyətlə, məni ötən il də dəvət etmişdilər. Amma həmin vaxt zədə aldım. İndi isə Azərbaycan yığmasına kömək edəcəyimə inanıram. Ailəm də mənim seçimimi dəstəklədi. Klubumda da buna sevindilər, Bakıda uğur arzuladılar".
