9 iyun 2015 16:15
Norveç - Azərbaycan matçı polşalı hakimlərə tapşırıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan matçının hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA Oslodakı qarşılaşmanı Polşadan olan hakimlərə tapşırıb.
Qarşılaşmanın baş hakimi Pavel Gil təyin olunub.
Qeyd edək ki, Norveç - Azərbaycan matçı iyunun 12-də keçiriləcək.
