9 iyun 2015 15:45
Şəhriyar Əliyev: Qurban Qurbanov keçidimə razılıq verib
"Qarabağ"ın müdafiəçisi Şəhriyar Əliyev "Kəpəz"ə keçir. Azerisport.az saytına açıqlamasında futbolçu bu transferlə bağlı fikirlərini bölüşüb:
"Hələ hər şeyə aydınlıq gəlməyib. Ona görə də "Kəpəz"ə keçəcəyimi dəqiq deyə bilmərəm. Yaxın bir həftə ərzində hər şeyə aydınlıq gəlməlidir. Fikrimcə, hər şey normal olacaq".
"Niyə getməyə qərar verdim? Mənim mövqeyimdə Rəşad Sadıqov, Admir Teli, Bədavi Hüseynov çıxış edir. Mənə isə oyun təcrübəsi lazımdır. Zaman keçir. Həm də Qurban Qurbanov mənim başqa komandaya keçməyimə razılıq verib. Bu isə mənim üçün çox vacibdir".
"Maliyyə məsələsinə gəlincə, mən indi ancaq oynamaq haqda düşünürəm. Əks halda heç getməyə qərar verməzdim".
