9 iyun 2015 15:00
Şahin Diniyev: Çoxlu oyunçu ilə danışıq aparsaq da, ad açıqlamaq tezdir
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev bir neçə futbolçu ilə danışıq apardıqlarını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda biz hələ heç kimlə müqavilə imzalamamışıq. Danışıq apardığımız futbolçular çoxdur. Hələ heç nəyə qərar verilmədiyindən ad açıqlamaq istəmirəm".
