9 iyun 2015 13:45

Samir Abasov: Vaxtilə bizim də Edeqorumuz var idi

Azərbaycan yığmasının sabiq müdafiəçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi

- Yığmamızın Serbiya ilə yoxlama oyunu barədə nə deyə bilərsiniz?
- Adətən yığmamız yoxlama oyunlarında yaxşı təsir bağışlayırlar. Amma bu dəfə hər şey istənilən kimi getmədi. İki fərqli hissə oldu. Əgər birinci yarıda yaxşı çıxış etdiksə, ikinci hissədə xoşagələn heç nə görə bilmədik.

- Niyə?
- Görünür, sonradan oyuna daxil olan futbolçular ritmi tuta bilmədilər. Meydanda futbol adına heç nə görünmürdü. Hücuma çox az qüvvə ilə atılırdıq. Bu, məşqçilər korpusu üçün Norveçlə oyunu üçün siqnal olmalıdır. Fikrimcə, serblərlə oyun baş məşqçi Robert Prosineçkiyə Norveç üçün start heyətini müəyyənləşdirməyə kömək edəcək. Hər halda o, Osloda sonradan oyuna kimi buraxmağın daha faydalı olacağını da başa düşmüş oldu.

- Sizə elə gəlmir ki, Norveçlə matçın start heyətində də eyni oyunçulara yer veriləcək?
- Böyük ehtimalla elə olacaq. Çünki birinci hissədə komanda daha yaxşı təsir bağışladı. Düzdür, birinci yarıda da səhvlər var idi, amma uşaqlarda əminlik var idi. İkinci hissədə isə həyəcan daha çox idi. Top saxlaya bilmirdilər.

- Norveçlə oyunda nəyə ümid edə bilərik?
- Norveçlilər səviyyəcə serblərdən geri qalırlar. Norveç futbolçularının danışıqlarından belə başa düşmək olar ki, onlar ancaq qələbə haqda düşünürlər. Bu, bir tərəfdən bizə çətinlik yaradacaqsa, digər tərəfdən də yaxşıdır. Çünki onların hücumlarının qarşısını ala bilsək, əsəbləşməyə, səhvlərə yol verməyə başlayacaqlar. Bu səhvlərdən yararlanmaq olar. Məncə, bu rəqiblə səfərdə heç-heçə də yaxşı nəticə sayılmalıdır.

- Madrid "Real"ının yarımmüdafiəçisi Martin Edeqorun da ilk dəqiqələrdən meydana çıxması gözlənilir. O, komandamıza çətinlik yarada bilər?
- Hər rəqibimizin heyətində azı 1-2 avropalı ulduz varsa, biz nə edə bilərik? Vaxtilə bizim də Edeqorumuz var idi - Araz Abdullayev. Amma o, ikinci yarıda meydana çıxırdı və heç nə edə bilmirdi. Amma mənə elə gəlir ki, bütün diqqəti Edeqora yönəltmək lazım deyil. Norveçin heyətində daha təhlükəli futbolçular var.

- Kamran Ağayevin indiki forması barədə nə deyə bilərsiniz?
- Mənə elə gəlirdi ki, ikinci hissədə Kamran əvəzlənib və buraxılan qollar digər qapıçılarımızın səhvindən vurulur. Serbiyaya qarşı zəif oynadı. Amma əminəm ki, Osloda daha yaxşı oynayacaq. Bir oyundakı səhvlərə görə qapıçının üstündən xətt çəkmək olma. Norveçlə oyunda qapıda o durmalıdır. Çünki o, meydanda olanda futbolçularda da inam yaranır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.