9 iyun 2015 12:45
Qurban Qurbanov: Yeni legionerlərin adını açıqlaya bilmərəm
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının yeni transferlərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bildiyiniz kimi, bir neçə yerli futbolçunu transfer etmişik. Hazırda əcnəbi futbolçularla danışıqlar aparırıq. Hələ ki, yekun nəticəyə gəlməmişik. Ona görə də "Qarabağ"ın yeni legionerlərinin adını açıqlaya bilmərəm. İstirahətə yollansam da, bütün bu məsələləri diqqətdə saxlayıram. Legionerlərdən hansının keçidi tam rəsmiləşsə, o zaman açıqlayaram".
Qeyd edək ki, "Qarabağ" bu yay Coşqun Diniyev, Elvin Məmmədov və Vüqar Mustafayevi transfer edib.
