9 iyun 2015 12:30
Aleksandr Soderlund: Debüt qolumu Azərbaycanla oyunda vursam, daha yaxşı olar
Norveç yığmasının hücumçusu Aleksandr Soderlund İsveçlə qolsuz bitən yoxlama oyunundan sonra bəyan edib ki, Azərbaycana qarşı keçirəcəkləri AÇ-2016-nın seçmə mərhələ oyununda qol vurmaq istəyindədir. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Əlbəttə, İsveçlə oyunda het-trikə imza atmağı çox istərdim. Amma alınmadı. Ona görə də yaxşısı budur ki, debüt qolumu Azərbaycanla qarşıdakı oyunda vurum".
