9 iyun 2015 11:45
"Azərbaycana da qarşı İsveçlə oyundakı kimi çıxış etsək, 3 xal bizim olacaq"
Norveç yığmasının yarımmüdafiəçisi Stefan Yohansen İsveçə qarşı keçirdikləri yoxlama matçından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz çox güclü komanda ilə heç-heçəyə razılaşdıq. Mən əminəm ki, bu gün sərgilədiyimiz oyunu azərbaycanlılarla görüşdə də göstərə bilsək, 3 xal bizim olacaq. Onu da unutmamalıyıq ki, növbəti rəqibimiz daha çox müdafiədən oynayacaq. Bu üzdən də biz hücumda daha dəqiq və kreativ olmalıyıq".
