9 iyun 2015 11:30
Per-Matias Heqmo: Artıq Azərbaycan yığmasını analiz etməyə başlayırıq
Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İsveçlə bərabərə qaldıq. Artıq bütün diqqətimiz Azərbaycanla oyuna yönəlib. Rəqibi analiz etməyə çalışacağıq. Başa düşürük ki, isveçlilər yüksək səviyyəli komandaya malikdirlər. Amma istənilən komanda sürpriz etməyə qadirdir".
