9 iyun 2015 11:15
Neftçiyə ispaniyalı və rus mütəxəssis rəhbərlik edə bilər
"Neftçi" rəhbərliyi komandanı Samir Əliyevə tapşırsa da, baş məşqçi postuna axtarışları da davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu iki əcnəbi mütəxəssislə maraqlanır.
Söhbət İspaniya və Rusiyadan olan məşqçilərdən gedir. Onların adları hələlik, açıqlanmır.
Maraq üçün qeyd edək ki, "Neftçi"nin öncə Rusiyadan Yuri Syominlə maraqlandığı bildirilsə də, "ağ-qaralar"ın onunla yox, başqa mütəxəssislə danışıq apardığı məlum olub.
