9 iyun 2015 00:05
Neftçi Donetsk Şaxtyoru ilə qarşılaşacaq
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" bu turnirin hazırlığına iyunun 17-də start verəcək. Azerispot.az xəbər verir ki, əvvəlcə Bakıda hazırlaşacaq "ağ-qaralar" 9 gündən sonra Avstriyaya yollanacaq.
Komanda burada üç yoxlama oyunu keçirəcək. Həmin rəqiblərdən hələlik, biri məlumdur. Belə ki, "Neftçi" Avstriyada Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq. Bu oyun toplanışın sonuna təsadüf edəcək.
