8 iyun 2015 20:00

Samir Əliyev: Rəhbərlik üç mərhələ keçməyi tələb etməyib

"Neftçi"nin yeni məşqçisi Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- "Neftçi"nin Müşahidə Şurası komandanı sizə tapşırdı. Bu təyinatla bağlı nə deyə bilərsiniz?
- Komandanın baş məşqçisi təyin olunduğuma görə çox şadam. Bu klubda illərim keçib. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Yəqin ki, əsas diqqət Avropa Liqasına yönəlib...
- Təbii ki, Avroliqanın startına çox az vaxt qalıb. Ona görə də komandanın heyəti ilə ciddi məşğul olmaq lazımdır. Heyətimiz daha çox gənclərdən ibarət olacaq.

- Bəs legionerlər?
- Flavinyo, Erik Ramos və Kaue komandada qalacaq. Qalan legionerlərin aqibəti hələ məlum deyil. Bircə şey məlumdur ki, onlarla müqavilənin müddəti başa çatıb.

- Onlardan hansı komandada qala bilər?
- Təəssüf ki, Ramosla Kaue avrokuboklardakı ilk oyunu buraxmalı olacaqlar. Buna səbəb onların ötən mövsüm cəzalı duruma düşməsidir.

- Avroliqada qarşınıza hansı vəzifə qoyulub?
- Klub rəhbərliyi mənim qarşıma üç mərhələ keçmək vəzifəsi qoymayıb. Onlar da başa düşür ki, komanda yeni heyətlə oynayacaq. Amma biz əlimizdən gələni edəcəyik ki, döyüşkən heyət yaradaq, yaxşı nəticələr qazanaq.

- Araz Abdullayevlə Samir Məsimov barədə nə düşünürsünüz?
- Onlar "Neftçi"də qalacaq.

- Toplanış nə vaxt başlayacaq?
- Komanda 9 gündən sonra Avstriyaya təlim-məşq toplanışına yollanacaq. İki həftə ərzində futbolçular Avroliqaya hazırlaşacaqlar. Gedənlərin əvəzinə yeni futbolçular tapmağa çalışacağıq. Maraqlandığımız futbolçular var. Əsas hədəfimiz yüksək intizama malik komanda yaratmaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.