8 iyun 2015 19:00
Adem Lyayiç: Azərbaycanla oyuna çox yaxşı başladıq
Serbiya yığmasının və İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Adem Lyayiç Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama matçından danışıb. Azerisport.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Biz oyuna çox yaxşı başladıq. Hesabı açandan sonra bir qədər arxayınlaşsaq da, ikinci hissədə bunu kompensasiya edə bildik. Yığma ilə qələbə qazanmaq çox xoşdur. Düzdür, bu qələbəyə görə heç bir xal qazanmadıq, əvəzində Danimarka ilə yaxşı əhval-ruhiyyədə hazırlaşmaq imkanı qazandıq".
