8 iyun 2015 16:00
Bakının futbolçusu Sportinqə keçə bilər
"Bakı"nın yarımmüdafiəçisi Ülvi Süleymanov karyerasını Portuqaliyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla sözügedən ölkənin "Sportinq" klubu maraqlanır.
Lissabon təmsilçisinin yaxın zamanda gənc futbolçumuzla 4 illik müqavilə imzalaması gözlənilir. Amma o, əvvəlcə bu klubun ikinci komandasının heyətində yer alacaq.
