8 iyun 2015 15:45
İnterin futbolçusu məşqçi lisenziyası almağa hazırlaşır
"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevski vətəni Makedoniyada A kateqoriyalı məşqçi kursunda iştirak edir. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu ötən il B kateqoriyasına yiyələnmişdi.
Tezliklə o, UEFA-nın A kateqoriyasına da yiyələnəcək. Çünki Georgiyevski futbolçu karyerasını başa vuran kimi, məşqçi olmağa hazırlaşır.
