8 iyun 2015 15:15
Denis Silva: Neftçidə qalıb-qalmayacağıma tezliklə aydınlıq gələcək
"Neftçi"nin sabiq müdafiəçisi Denis Silva qarşıdakı planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ burada qalıb-qalmayacağımı bilmirəm. Çünki müqaviləmin müddəti başa çatıb. Tezliklə hər şeyi müzakirə edəcəyik. Baxaq, görək necə alınır. Kubokun finalındakı məğlubiyyət çox üzücü idi. Amma həmin gün bizim günümüz deyildi. Biz çox çalışsaq da, "Qarabağ" bizdən azacıq güclü idi. "Neftçi" bu mövsümü unudub, növbəti mövsüm haqda düşünməlidir".
