8 iyun 2015 15:00
Qurban Qurbanov: Vüqar Nadirova yeni müqavilə təklif etdik, o isə getməyə qərr verdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Vüqar Nadirovun Ağdam klubundan ayrılmağa qərar verməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bir neçə futbolçuya yeni müqavilə təklif etmişik və hələlik, onların cavabını gözləyirik. Bunların arasında Muarem Muarem, Leroy Corc, Vüqar Nadirov və başqa futbolçular var. Bəzisi yeni şərtlərdən imtina etdi. Nadirovdan da cavab gözləyirdik. Amma o, bizə bir söz deməmişdi. Bu gün isə eşidirəm ki, o, getməyə qərar verib".
