8 iyun 2015 14:00

Məhəmməd Mirzəbəyov: Bütün rəqiblərə qarşı Serbiya ilə matçın ilk hissəsindəki kimi oynamağımız lazımdır

Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- Serbiyaya 1:4 hesablı məğlubiyyətə nə səbəb oldu?
- Yaxşı oynadıq. Amma öz səhvlərimiz ucbatından qollar buraxdıq. Ötürmələrdən daha çox istifadə etməyə çalışdıq. Keyfiyyətli futbol oynamağa üstünlük verdik. Amma təəssüf ki, sonda belə bir məğlubiyyətlə üzləşdik.

- Birinci hissədə komanda pis təsir bağışlamadı. İkinci hissədə bunun davamını gətirməyə gücünüz çatmadı, ya əvəzetmələr özünü doğrultmadı?
- Böyük ehtimalla gücümüz çatmadı. Belə oyunçulara qarşı oynamaq ağır idi. Serblər fiziki cəhətdən daha güclüdürlər. Buna baxmayaraq, topu özümüzdə saxlaya bilirdik. Rəqib qolları daha çox bizim səhvlərimiz nəticəsində vurmağa nail oldu.

- İlk dəfə start heyətdə yer almışdınız. Öz oyununuzdan razı qaldınız?
- Öz oyunuma qiymət verə bilmərəm. Buna məşqçilər korpusu, azarkeşlər qərar verə bilər. Komanda yoldaşlarım kimi, mən də müsbət nəticəyə nail olmaq üçün əlimdən gələni etdim.

- Robert Prosineçki bu oyunda xeyli dəyişiklik etdi. Sonadək meydanda olacağınızı gözləyirdiniz?
- Düzünü desəm, gözləmirdim. Amma 90 dəqiqə meydanda olmağım heç nəyin göstəricisi sayıla bilməz.

- Deməli, Norveçlə oyunda belə şans qazanacağınıza tam inanmırsınız?
- Maksim Medvedev də indi yaxşı formadadır. Malta ilə oyunda da yaxşı təsir bağışlamışdı. Norveçə qarşı hansımızın oynayacağını Osloda biləcəyik.

- 1:4 hesablı məğlubiyyət Norveçlə oyun öncəsi komandada atmosferə mənfi təsir etməyib?
- Əlbəttə, hər bir futbolçu, məşqçi məğlubiyyətə görə üzülür. Uduzmaq həmişə xoşagəlməzdir. Özü də yığma komanda ilə uduzmaq ikiqat üzücü olur. Lakin biz bu məğlubiyyəti unudub, qarşıdakı vacib oyuna yaxşı hazırlaşmalıyıq. Serbiyaya məğlubiyyət bizim Norveçlə oyuna hazırlığımıza mane olmamalıdır.

- Serblərlə oyunun birinci hissəsində sərgilədiyiniz futbolla Norveçlə görüşdə uğurlu nəticəyə ümid etmək olar?
- Fikrimcə, bütün rəqiblərə qarşı elə son görüşün birinci hissəsindəki kimi oynamaq lazımdır. Prosineçki bizdən diqqətli oynmağı, kombinasiyalı futbol sərgiləməyi tələb edir. Əsas olan da məhz baş məşqçinin tələb etdiyi kimi oynamaqdır. Belə olan halda müsbət nəticəyə ümid etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.