8 iyun 2015 13:45
Per-Matias Heqmo: İsveç və Azərbaycan yığmaları oxşar səviyyədədirlər
Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo Azərbaycanla AÇ-2016-nın seçmə mərhələ oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Azərbaycanla Serbiya arasındakı yoxlama oyununu Yarl Torske izləyirdi. Biz gördük ki, Azərbaycanın mart ayındakı Malta ilə oyunu ilə müqayisədə bu görüşdə dəyişikliklər vardı. Onlar əsasən 4-5-1 taktikası ilə mübarizə aparırlar. Bu baxımdan onlar İsveçlə oxşardılar. Amma İsveçin daha təcrübəli heyəti var və oyunçuları yüksək səviyyəlidilər".
