8 iyun 2015 13:15
Yığmamızın rəqibləri yoxlama matçına çıxır
Bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibləri olan Bolqarıstan, Norveç və Malta yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, iyunun 12-də millimizi qəbul edəcək norveçlilər Osloda İsveçi qəbul edəcəklər.
Bolqarıstan Türkiyənin qonağı olacaq. Malta isə öz meydanında Litva ilə münasibətlərinə aydınlıq gətirəcək.
