8 iyun 2015 13:00
Xəzər Lənkəranın sabiq üzvü karyerasını başa vurdu
"Xəzər Lənkəran"ın sabiq hücumçusu İvan Svetkov futbolçu karyerasını başa vurmağa qərar verib. Azerisport.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
Hazırda o, müqavilə ilə Bolqarıstanın "Botev" klubuna məxsus olsa da, 35 yaşlı futbolçu növbəti mövsümdə meydana çıxmaq arzusunda deyil.
Qeyd edək ki, Svetkov 2008-2010-cu illərdə "Xəzər Lənkəran"da oynayıb. O, bu komandadakı 50 oyunda 22 qola imza atmışdı.
