8 iyun 2015 12:45
Azərbaycan yığması bu gün Osloya yollanır
Futbol üzrə Azərbaycan yığması bu gün Osloya yollanacaq. Azerisport.az xəbər verir ki, bir neçə gün Avstriyada təlim-məşq toplanışında olan, ötən gün Serbiya ilə yoxlama oyunu keçirən millimiz Norveçlə AÇ-2016-nın seçmə mərhələ oyununa qalan hazırlığı elə bu ölkədə davam etdirəcək.
Qeyd edək ki, Norveç - Azərbaycan matçı iyunun 12-də Osloda baç tutacaq.
