8 iyun 2015 11:45
"Helland Azərbaycana qarşı start heyətdə oynamalıdır"
Norveçin "Rusenborq" klubunun baş məşqçisi Kare İnqebriqtsen hesab edir ki, komandasının müdafiəçisi Pal-Andre Helland AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanla oyunda meydana buraxılmalıdır. Azerisport.az xəbər verir ki, o, fikirlərini belə izah edib:
"Mənə elə gəlir ki, Hellanddan müdafiənin cinahında istifadə etmək lazımdır. Əminəm ki, Azərbaycan yığması müdafiədən oynayacaq və bizim hücumçularımızın işini çətinləşdirməyə çalışacaq. Mənə elə gəlir ki, Hellanda əsas heyətdə şans vermək lazımdır. Amma təbii ki, buna sonda mən yox, Per-Matias Hoqmo qərar verəcək".
