8 iyun 2015 11:00
Vüqar Nadirov: Serblərə məğlubiyyət xoşagəlməzdir, amma nəticə bizə Osloda lazım olacaq
Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov Serbiya ilə yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:4 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:
"Əlbəttə, xoşagəlməz nəticə qeydə alındı. Amma unutmamalıyıq ki, bu, bir yoxlama oyunu idi. Baş məşqçi daha çox futbolçuları yoxlamağa çalışırdı. Bu görüşü unudub, Norveçlə oyuna hazırlaşmaq lazımdır. Nəticə bizə məhz Oslodakı oyunda lazım olacaq".
