8 iyun 2015 01:15
Kamran Ağayev üçün yeni baş məşqçi
Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan komandanı yeni mövsümdən Türkiyə yığmasının sabiq yarımmüdafiəçisi olan Okan Buruk çalışdıracaq.
Qeyd edək ki, Kayseri klubunda Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev də çıxış edirdi. Hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir və Okan Buruk da istəsə, həmyerlimiz növbəti mövsümdə də "Kayserispor"da oynaya bilər.
