7 iyun 2015 22:00
Yığmamızın məşqçisi rəqibin oyununu izləyəcək
İyunun 8-də Oslo şəhərindəki Ullevaal stadionunda AÇ-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Norveç yığması İsveç milli komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev Norveç – İsveç yoldaşlıq oyununu izləyəcək.
